
“Çox yaxşı oyun oldu”.
Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ” klubunun prezidenti Tahir Gözel Çempionlar Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanmaları barədə deyib.
O, komandasının layiqli qələbə qazandığını söyləyib:
“Təmiz qələbə oldu. Əsas odur ki, futbolçularımız zədələnmədi. Yeni transferlər özlərini yaxşı tərəfdən göstərdilər.
Daha iki transferimiz olacaq. İnanıram ki, qrup mərhələsinə vəsiqə qazanacağıq”.
“Qarabağ” III təsnifat mərhələsində “Şkendiya” (Şimali Makedoniya) ilə qarşılaşacaq.