“Qarabağ”da nə çatışır, nə çatışmır? - HAMISI BU VİDEOda

31 İyul 16:40 Qarabağ 287
“Qarabağ”da nə çatışır, nə çatışmır? - HAMISI BU VİDEOda

“Qarabağ”da çatışmazlıqlar var, bu da zamanla düzələcək.

Ancaq növbəti dəfə şahidi olduq ki, komandaya hücumçunun alınması şərtdir.

Bikalyonun faydalı iş əmsalını, komandaya verəcəyi töhvəni Marko Yankoviç zədədən qayıtdıqdan sonra daha aydın söyləmək olar.

Kadi Borgeslə Bikalyonun yanaşı oynamasını “Şelburn”la matçda normal saymaq olar.

Amma növbəti mərhələlərdə ciddi problemlər yarada bilər. Çünki həm sürət azalır, həm də müdafiə ilə hücum arasında məsafə çox genişlənir”.

Bu açıqlama ilə “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov çıxış edib.

Tanınmış jurnalist “Avropa həftəsi” verilişində Çempionlar Liqasının ikinci təsnifat məhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” - “Şelburn” (1:0) matçı ilə bağlı şərhlər verib.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti