“Qarabağ” Konfrans Liqasının liqa mərhələsini təmin etdi

30 İyul 2025 23:50 Qarabağ 500
“Qarabağ” Konfrans Liqasının liqa mərhələsini təmin etdi

Çempionlar Liqasının ikinci təsnifat mərhələsində İrlandiyadan “Şelburn” u mübarizədən kənarlaşdıran (3:0, 1:0) “Qarabağ” ən azı Konfrans Liqasının liqa mərhələsini təmin edib.

Sportinfo.az xəbər verir ki, Qurban Qurbanovun komandası əgər ÇL-in 3-cü təsnifat mərhələsində uduzarsa, Avropa Liqasının pley-off-una vəsiqə əldə edəcək.

Orada da uduzarsa, birbaşa Konfrans Liqasının əsas mərhələsində oynamaq hüququ qazanacaq. Yəni “Qarabağ” bu mövsüm də avrokubokların əsas mərhələsinin iştirakçısı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!