“Qarabağ”ın oyunu bu adam üçün ilk olacaq

30 İyul 19:40 Qarabağ 229
“Qarabağ”ın oyunu bu adam üçün ilk olacaq

Çempionlar Liqasının II təsnifat mərhələsində Bakıda "Qarabağ"ın "Şelburn"a qarşı keçirəcəyi matçın hakimləri bəllidir.

Bu axşam baş tutacaq oyuna İtaliyadan olan ədalət təmsilçiləri təyinat alıb.

Görüşün baş hakimi Andrea Kolombo olacaq. Yan xətlərdə ona Stefano Alassio və Dario Cekkoni yardım edəcək. Dördüncü hakim funksiyasını Kevin Bonakina yerinə yetirəcək.

2021-ci ildən İtaliyanın A Seeriyasında görünməyə başlayan 34 yaşlı referi 2023-cü ildən beynəlxalq matçlara təyinat alır.

Karyerası ərzində klub və milli komandalar miqyasında 39 fərqli turnirdə 251 görüşdə baş hakim kimi görünüb. Bunların cəmi 47-si A Seriyasının, 1-ii avrokubokların payına düşür.

İndiyə qədər heç vaxt yolu Bakıdan keçməyib. Və ən maraqlı məqam Andreanın baş hakim kimi Çempionlar Liqasında debüt etməsidir.

Dublindəki ilk matçda “Qarabağ” rəqibini darmadağın etdiyindən (3:0), UEFA-dakı cavabdeh şəxslər italyan hakimi bir nömrəli klub turnirində “dəlləkliyi öyrənmək üçün” Bakıya ezam edib.

Buna baxmayaraq, karyerası ərzində həlledici oyunlara az təyinat almayıb.

Son olaraq bu ilin aprelində U-19 Gənclər Liqasının finalında üz-üzə gələn “Trabzonspor”la “Barselona”nın duelində (1:4) məhz Komolbo əsas söz sahibi olub.

Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Şelburn” dueli saat 20:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti