Buyurun, "Qarabağ"ın artıq “Kəhər”i də var - VİDEO

30 İyul 17:20 Qarabağ 408
Buyurun, "Qarabağ"ın artıq “Kəhər”i də var - VİDEO

"Qarabağ" 2025/2026 mövsümündən azarkeşləri qarşısına "Kəhər" adlı maskotla çıxacaq.

Sportinfo.az xəbər verir ki, 12 nömrəli maskot ilk dəfə bbu gün Tofiq Bəhramov adına Respublika stadionunda İrlandiya "Şelburn"una qarşı Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab görüşündə peyda olacaq.

Qarabağ atlarına məxsus cəsarəti, igidliyi, sədaqəti simvolizə edən "12 nömrə" azarkeşlərə və komandaya ruh, motivasiya verəcək, hər zaman kollektivin yanında olacaq.

"Qarabağ" - "Şelburn" oyunu saat 20:00-da başlanacaq. İlk matçda Azərbaycan təmsilçisi böyük hesabla qalib gəlib - 3:0.

Digər Xəbərlər
Xəbər Lenti