
"Qarabağ" "Şelburn"la qarşılaşmaya 2 ciddi itki ilə çıxacaq.
Sportinfo.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn"a (İrlandiya) qarşı keçirəcəkləri cavab oyunundan öncə bildirib.
Mütəxəssis zədə səbəbindən yeni transfer Dani Boltun adının iştirak ərizəsinə salınmayacağını, Marko Yankoviçin isə heyətdə yer ala biləcəyini, bununla belə, risk etməmək üçün meydana buraxılmayacağını söyləyib.
“Qarabağ” - “Şelburn” matçı bu gün Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürəcək.
Dublində baş tutan ilk oyun Qurban Qurbanovun baş məşqçisi olduğu kollektivin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.