
“Çempionlar Liqasında təsnifat mərhələlərindən uğurla keçən, hər mövsüm avrokuboklarda əsas mərhələlərində mübarizə aparan komandanın böyüklüyünə “Şelburn”la matçda növbəti dəfə şahidi olduq.
Bu gün oyun olaraq istənilən performansı göstərməsən belə, əsas o nəticəni qazanmaqdır.
“Qarabağ”da onu izlədik. İndi ən önəmlisi bu mərhələləri formaya düşənə kimi sancısız keçirməkdir”.
Bu açıqlama ilə “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov çıxış edib.
Tanınmış jurnalist “Avropa həftəsi” verilişində Çempionlar Liqasının ikinci təsnifar məhələsi çərçivəsində keçirilən “Şelburn” - “Qarabağ” matçı (0:3) ilə bağlı danışıb.
O, “köhlən atlar”ın artıq böyük komanda olmasının detallarına aydınlıq gətirib.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN