Qurban Qurbanov məşhur klub prezidentinin sözlərinə elə reaksiya verdi ki...

28 İyul 12:40 Qarabağ 3 103
Qurban Qurbanov məşhur klub prezidentinin sözlərinə elə reaksiya verdi ki...

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Styaua"nın sahibi Cici Bekalinin sərt açıqlamasına reaksiya verib.

Sportinfo.az xəbər verir ki, o, Rumıniya klubunun sahibi C.Bekalinin "Qarabağ"ı darmadağın edəcəyik" fikrinə belə münasibət bildirib:

"Biz hələ ki, sonrakı rəqib haqda düşünmürük. "Qarabağ"ın qarşıda "Şelburn"la cavab oyunu var və fikrimizi başqa tərəfə yayındırmalı deyilik.

Cici Bekalinin sözlərinə gəlincə, fikir bildirmək istəmirəm. Bir az qeyri-ciddi şeylərə fikir və önəm vermirəm" (supersport).

Bir neçə gün əvvəl "Styaua"nın sahibi Cici Bekali "Qarabağ"la yenidən qarşılaşacaqlarına sevinərək, deyib:

"Çox yaxşı püşkdür. Biz artıq "Qarabağ"ı məğlub etmişik.

Həm də rəqib bizlə qarşılaşmaya qədər cəmi iki rəsmi oyun keçirəcək. Çünki onların çempionatına hələ avqustda start veriləcək.

Yaxşı şans qazanmışıq. "Qarabağ"ı udmayandan sonra Çempionlar Liqasına düşmək istədiyini necə deyə bilərsən?

Onlar bizim səviyyədə deyil, futbolları da bizim futbolla müqayisəyə gəlmir. Onlar oyunçularını itirib, ritmdən məhrum olub.

Biz "Qarabağ"ı darmadağın edəcəyik! Yaxşı ki, ilk oyunu evdə keçirəcəyik – 2:0 və ya 3:0 udarıq ki, pley-offa vəsiqəni təmin edək".

Digər Xəbərlər
Xəbər Lenti
28 İyul 07:10 Bu gün dənizə gedək?