“Qarabağ” yeni transferin qayıdışını 2 həftə gözləyəcək

28 İyul 2025 08:40 Qarabağ 3 908
“Qarabağ” yeni transferin qayıdışını 2 həftə gözləyəcək

“Qarabağ”ın futbolçusu Dani Bolt sıradan çıxıb.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı müdafiəçi “Şelbrun”la İrlandiyada keçirilən Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda zədələnib.

Bolt komandasının 3:0 hesabı ilə qələbə qazandığı görüşün 76-cı dəqiqəsində əvəzlənib.

Dani Bolt iki həftə bərpa prosesi keçəcək. Eyni matçda onunla birgə meydanı tərk edən Leandro Andradenin isə zədəsi ciddi deyil.

O, "Şelburn”la iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq cavab matçında iştirak edə biləcək.

“Qarabağ”ın digər futbolçusu Marko Yankoviç zədə səbəbindən “Şelburn”la ilk oyunda iştirak etməyib. O, cavab qarşılaşmasında da meydanda olmayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti