
“Qarabağ” heyətinə yeni futbolçu cəlb edə bilər.
Sportinfo.az məşhur insayder Lorentso Leporeyə istinadən xəbər verir ki, Ağdam təmsilçisi xorvatiyalı hücumameyilli yarımmüdafiəçi Alen Haliloviçlə maraqlanır.
29 yaşlı oyunçuya “köhlən atlar”la yanaşı, iki MLS təmsilçisi də maraq göstərir.
Xorvatiyalının seçim qarşısında qaldığı və karyerasını harada davam etdirəcəyinə tezliklə qərar verəcəyi bildirilir.
Alen Haliloviç hazırda Niderlandda - “Fortuna Sittard”da çıxış edir.
O, karyerası ərzində İspaniyada “Barselona”, İtaliyada “Milan”, Almaniyada isə “Hamburq” kimi klubların şərəfini qoruyub. Haliloviç Xorvatiya yığmasının heyətində 10 oyunda iştirak edib.