
"Qarabağ"ın yeni transferi Pedro Bikalyo Ağdam klubunda rəsmi debütü ilə bağlı fikirlərini bölüşüb.
Sportinfo.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi İnstaqram səhifəsindəki paylaşımında Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin “Şelburn”la ilk oyunu (3:0) barədə yazıb:
"Əla başlanğıc. "Qarabağ" forması ilə ilk matçımı keçirmək şərəfinə nail oldum. Ən əsası, əla qələbə ilə başladıq.
Komandama töhfə verməkdən və yeni yolda bu ilk addımı atmaqdan məmnunam.
Biz diqqətimizi cəmləyirik, çox çalışırıq və həmişə daha çoxunu istəyirik. Gəlin birlikdə irəliləyək".
Bikalyo "Qarabağ"la 3+1 illik müqavilə imzalayıb.