
«Qarabağ» rəsmi sosial şəbəkə hesablarında yeni paylaşım edib.
«12 nömrəmizi qarşılamağa hazırsan?» başlığı ilə tirajlanan video böyük maraqla qarşılanıb.
Paylaşım İzləyiciləri hərəkətə gətirib: bunu yazılan çoxsaylı rəylərdən də görmək mümkündür. Demək olar əksəriyyət burada yeni oyunçunun alınmasından söhbət getdiyini düşünür.
Ona görə də hərəkə bir ad çəkib, hansısa məşhur futbolçunun Azərbaycana gələcəyini qeyd edib.
Bu, həqiqətən belədirmi? «Qarabağ»dan əldə etdiyimiz məlumata görə, hələlik yeni transfer gözlənilmir.
Xeyli müddətdir danışıqlar aparılan legionerlərdən konkret cavab alınmayıb. Son paylaşımda isə məqsəd azarkeşləri tribunalara səsləməkdir.
«Qarabağ» yeni mövsümün ilk avrokubok matçına iyulun 30-da çıxacaq. «Köhlən atlar» Çempionlar Liqasının ikinci təsnifat mərhələsində evdə «Şelburn»u qəbul edəcək.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.
Azərbaycan çempionu bu yay 4 legionerlə güclənib. Dani Bolt (Son klubu "Torreense", Portuqaliya), Pedro Bikalyo ("Alverka", Portuqaliya), Kris Kuaku ("Mafra", Portuqaliya) və Sami Mmaee ("Danamo" Zaqreb - icarə) kollektivə qoşulub.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN