
"Qarabağ" Çempionlar Liqasında mübarizəyə uğurla start verdi.
Komandamız səfər meydanında "Şelburn"na şans tanımadı - 3:0.
"Köhlən atlar" özünü növbəti mərhələdə hiss edə bilər.
Amma arxayınlıq söhbət gedə bilməz.
İrlandiyadakı nəticə heç də meydandakı mübarizəni özündə tam ehtiva etmir.
Xüsusilə ikinci yarının əvvəlində meydan sahibləri qapımız ağzında kifayət qədər təhlükəli ola bilirdi.
Topun iki dəfə dirəkdən qayıtması boşuna deyildi.
Ağdamlılar qol buraxmadığı oyunda belə "müdafiəsi etibarlı çıxış etdi" demək olmur.
Buntiçin sadə vəziyyətlərdə səhvlərə yol verməsi də Qurbanovu qayğılandırmaya bilməz.
Bu dəfə rəqibin səviyyəsinin aşağı olması qanın arasına girdi, amma daha ciddi rəqiblər bunu bağışlamayacaq.
Kadi Borges, Abdullah Zubir fərq yaradan adlar oldu.
Nəriman Axundzadənin aktivliyini də qeyd etmək yerinə düşər.
Amma yenilərlə bağlı danışmaq çox tezdir.
Adaptasiya prosesində olduqları aydın sezilir.
İrlandiyada "Qarabağ"da alışdığımız mexanizm yox, fərdlərin oyunu və təcrübələri matçın taleyini həll etdi.
XANOĞLAN İMANOV