
“Qarabağ” əsl Avropa komandası kimi oynadı.
Bilirsiz, niyə? Düzdür, çatışmazlıqlar var idi.
Normal haldır. Ancaq hansı durumda olmasından asılı olmayaraq, qalib gəlməyi bacarmalısan.
Bu da Avropada təcrübə toplayan komandalara xas olan xarakterdir. “Qarabağ” İrlandiyada məhz bunu etdi.
“Şelburn” la “Qarabağ”ın müqayisəsini aparmaq futbola xəyanətdir.
Qurban Qurbanov hansı durumda olmasından asılı olmayaraq, qələbə qazanmaq ruhunu komandaya aşılaya bilib. Bu, çox vacib detaldır”.
Bu açıqlama ilə “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov çıxış edib.
Tanınmış jurnalist “Avropa həftəsi” verilişində Çempionlar Liqasının ikinci təsnifar məhələsi çərçivəsində keçirilən “Şelburn” – “Qarabağ” matçı (0:3) ilə bağlı şərhlər verib, canlı yayım zamanı azarkeşlərin ünvanladıqları sualları cavablandırıb.
Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.
Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.
Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN