Məçhur rumın: “Qurban Qurbanov Azərbaycanın ən uğurlu məşqçisidir”

24 İyul 12:40 Qarabağ 1 572
Məçhur rumın: “Qurban Qurbanov Azərbaycanın ən uğurlu məşqçisidir”

"Neftçi"nin sabiq baş məşqçisi Adrian Mutu "Qarabağ" haqda fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, "iAM SPORT" nəşrinə danışan rumıniyalı mütəxəssis Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov barədə danışıb:

"Komandanın baş məşqçisi 2008-ci ildən ona rəhbərlik edən Qurban Qurbanovdur. O, “Qarabağ” üçün əsas simadır.

Səhv etmirəmsə, müasir Azərbaycan futbolunun ən uğurlu məşqçisidir.

"Qarabağ"ın oyun fəlsəfəsi topa sahib olmaq, oyunu qısa ötürmələrlə qurmaq, oyunçular arasında hərəkətli mövqe dəyişmək üzərində qurulub.

Beləliklə, yekunda deyə bilərik ki, onlar son 10-12 ildə Azərbaycan futboluna hakimdirlər və həqiqətən də güclü komandadır".

Digər Xəbərlər
Xəbər Lenti
25 İyul 18:10 Çək və bizə göndər!