“Qarabağ”dan İSTİ-İSTİ... “Sportinfo TV”də CANLI YAYIM

24 İyul 00:50 Qarabağ 691
“Qarabağ”dan İSTİ-İSTİ... “Sportinfo TV”də CANLI YAYIM

Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin ilk oyununda “Qarabağ” İrlandiyada “Şelburn”un qonağı olub.

Səfərdən sərfəli nəticə ilə qayıdaraq doğma divarlar arasında 3-cü təsnifat mərhələsini rahat keçməyi qarşısına məqsəd qoyan “köhlən atlar” rəqibinə qarşı hansı üstünlüyü qura bildi?

Qurban Qurbanovun arzuladığı “Qarabağ”ı İrlandiyada görə bildikmi?

Bütün bunlar “Sportinfo TV”nin yeni “youtube” layihəsi “Avropa həftəsi” verilişində!

Hazırda canlı yayımda tanınmış jurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişdə komandamızın çıxışı masaya yatırılıb.

Azarkeşlərin fikirlərinin də səsləndirildiyi verilişdə ən son məlumatlar da açıqlanacaq.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir. H

ədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
24 İyul 16:30 Çək və bizə göndər!
24 İyul 08:40 Nə qədər satıblar?
24 İyul 02:30 1 qol, 1 səhv - VİDEO