"Qarabağ" İrlandiyada darmadağınla qalib gəldi

24 İyul 00:38 Qarabağ 809
"Qarabağ" İrlandiyada darmadağınla qalib gəldi

"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda səfərdə İrlandiya təmsilçisi "Şelburn"a böyük hesabla qalib gəlib.

Sportinfo.az xəbər verir ki, ublindəki “Tolka Park” arenada baş tutan görüşdə Ağdam kollektivi 3:0 hesablı qələbəyə sevinib.

"Köhlən atlar"ın heyətində Leandro Andrade (13), Aleksey Kaşuk (81) və Nəriman Axundzadə (85) fərqləniblər.

Komandalar arasında cavab görüşü iyulun 30-da Bakıda keçiriləcək.

Növbəti tura adlayan tərəf III təsnifat mərhələsində “Şkendiya” (Şimali Makedoniya) – FCSB (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək.

22:45. "Şelburn" (İrlandiya) – "Qarabağ" (Azərbaycan) 0:3

Qollar: Leandro Andrade, 11, Aleksey Kaşuk, 81, Nəriman Axundzadə, 85

Baş hakim: Ante Çulina (Xorvatiya).

"Şelburn": 19. Lorkan Holi, 2. Çon Qannon, 4. Kameron Ledvic, 29. Patrik Barret (k), 3. Tirek Uilson, 7. Harri Vud, 6. Conatan Lunni, 23. Kerr Maklenroy, 14. Alister Kute, 27. Evan Ceffri, 11. Ademipo Odubeko.
Ehtiyat oyunçular: 13. V.Spil, 50. A.Topçu, 5. E.Çapman, 8. M.Koyle, 9. Ş.Boyd, 10. C.Martin, 15. S.Bon, 16. C.O’Sullivan, 17. D.Kelly, 18. C.Norris, 24. L.Temple, 49. R.Offor.
Baş məşqçi: Cosef O’brayen.

"Qarabağ": 97. Fabian Buntiç, 18. Dani Bolt, 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 27. Toral Bayramov, 20. Kadi Borges, 35. Pedro Bikalyo, 11. Emmanuel Adday, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 90. Nəriman Axundzadə.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 99. Mateuş Koxalski, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 30. Ayxan Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bəhlul Hüseynov, 81. Kevin Medina.
Baş məşqçi: Qurban Qurbanov.

Digər Xəbərlər
Xəbər Lenti
24 İyul 16:30 Çək və bizə göndər!
24 İyul 08:40 Nə qədər satıblar?
24 İyul 02:30 1 qol, 1 səhv - VİDEO