
"Qarabağ"ın legioneri Marko Yankoviç Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Şelburn"la ilk oyunu buraxacaq.
Sportinfo.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi zədələnib.
Monteneqrolu oyunçu bu səbəbdən İrlandiya səfərinə qatılmayıb.
Bu gün keçiriləcək "Şelburn" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
Bu komandalar arasında cavab oyunu isə iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək.
Bu cütün qalibi 3-cü təsnifat mərhələsində "Şkendiya" (Şimali Makedoniya) - FCSB (Rumıniya) cütünün üstün tərəfi ilə üz-üzə gələcək.