“Qarabağ”da kimin bundan xəbəri var? - TƏHLÜKƏ QAPIDA!

23 İyul 20:40 Qarabağ 768
“Qarabağ”da kimin bundan xəbəri var? - TƏHLÜKƏ QAPIDA!

“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiya çempionu ilə münasibətlərinə aydınlıq gətirəcək.

Əksəriyyət rəqibin adının “Şelbrun”, yəni beynəlxalq arenalarda ciddi uğur qazanmayan komanda olduğunu düşünüb, təmsilçimizin mərhələni rahat adlayacağını təxmin edir.

Lakin vəziyyət heç də ehtimal olunduğu qədər asan deyil.

Qurban Qurbanov oyunöncəsi mətbuat konfransında ehtiyatlı danışmaqla, hətta səfərdəki mümkün minimal hesablı məğlubiyyətə işarə vurmaqla ehtiyatını qorudu.

130 yaşlı “Şelbrun” 14 dəfə ölkə çempionu, 3 dəfə ölkə kubokunun qalibi olmaqla Böyük Britaniyadakı bütün yarışlarda ümumilikdə 92 titul qazanıb.

1962-ci ildən avrokuboklarda iştirak edən komanda indiyə qədər ciddi uğura imza ata bilməyib. Həlledici mərhələlər bir tərəfə, hətta hansısa turnirin qrup mərhələsinə vəsiqə qazanmaq belə mümkün olmayıb.

Ancaq bir fakt var ki, “Qarabağ”dakıları son dərəcə diqqətli olmağa səsləyir – “Şelbrun”un öz meydanında kifayət qədər inamlı təsir bağışlaması.

“Qırmızılar” 22 ildir avrokubok matçlarında öz azarkeşlərinin qarşısında məğlubiyyətin nə olduğunu bilmir. Sonuncu dəfə 2003-cü ilin yayında “Olimpiya Lyublyana”ya uduzan irlandlar (0:1) o vaxtdan bu yana 11 ev qarşılaşmasında yenilgi acısı yaşanmayıb.

Şelbrun – KR (İslandiya) - 0:0

Şelbrun – Hayduk (Xorvatiya) - 2:0

Şelbrun – Deportivo (İspaniya) - 0:0

Şelbrun – Lill (Fransa) - 2:2

Şelbrun – Qlentoran (Şimali İrlandiya) – 4:1

Şelbrun – Styaua – 0:0

Şelbrun – Vetra (Litva) – 4:0

Şelbrun – Odense (Danimarka) – 1:0

Şelbrun – St.Josephs (Cəbəllütariq) – 2:1

Şelbrun – Sürix (İsveçrə) – 0:0

Şelbrun – Linfild (Şimali İrlandiya) – 1:0

Siyahıdakı adları yəqin ki, gördünüz. 11 oyunda 7 qələbə və 4 bərabərlik. Maraqlıdır ki, heç-heçə sonuclanan oyunların hamısı eyni hesabla – 0:0 başa çatıb.

“Qarabağ” üçün uzaq İrlandiya səfərində çox çətin olacaq. Qələbə qazanmaq mümkün olsa, “Şelbrun”un avvrokuboklardakı 22 illik seriyasına son qoyulacaq.

Bu axşam Dublindəki “Tolka Park” stadionunda baş tutacaq qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 22:45-də çalınacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 İyul 19:20 “Zirə” sata bilirmi?
23 İyul 17:30 Çək və bizə göndər!
23 İyul 16:20 "Zirə"dən son FOTOLAR
23 İyul 02:00 Konfrans Liqasında 4:2