
"Şelburn"un baş məşqçisi Coy O'Brayen Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin bu gün Dublində "Qarabağ"a qarşı keçiriləcək ilk oyunu ilə bağlı fikirlərini bildirib.
Sportinfo.az “The Irish Sun” nəşrinə istinadən xəbər verir ki, o, Azərbaycan çempionu ilə görüşdən gözləntilərini bölüşüb:
"Qarabağ" meydanda dominantlıq etməyə çalışacaq. Ayıq-sayıq olmalıyıq.
“Qarabağ”da bizim üçün problem yarada biləcək oyunçular var və biz bunu aydın şəkildə qəbul etməli, hazır olmalıyıq. Kağız üzərində favorit olan komandaya qarşı meydana çıxacağıq.
Futbol sehrdən ibarətdir: 90 dəqiqə mübarizə aparıb sonluğa baxırsan. Biz şansımızı belə dəyərləndiririk”.
“Şelburn” – “Qarabağ” görüşü bu gün keçiriləcək və oyuna Bakı vaxtı ilə 22:45-də start veriləcək.