Qurban Qurbanov sirr söhbəti etdi, nələri açıqladı - VİDEO

09:20 Qarabağ 520
Qurban Qurbanov sirr söhbəti etdi, nələri açıqladı - VİDEO

“Yaxşı və istəkli komandaya qarşı oynayacağıq”.

Sportinfo.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyada “Şelburn”la keçirəcəkləri ilk oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.

O, rəqibin keyfiyyətli komanda olduğunu bildirib:

“Şelburn”un özünəməxsus oyun üslubu var. Onlar fiziki cəhətdən güclü futbolçulara sahibdirlər.

Həmçinin intizamlı komandadır. Bizdən daha erkən mövsümü açdılar.

Rəqibin əsas müsbət tərəflərindən biri də hücuma çıxmasıdır. Standart vəziyyətlərdə daha təhlükəli olurlar”.

“Tolka Park”da keçiriləcək “Şelburn“ - “Qarabağ” görüşü iyulun 23-ü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti