
Hikmət Cəbrayılzadənin ardınca daha bir gəncin "Şamaxı"ya keçidi baş tutmayıb.
Söhbət Amin Rzayevdən gedir.
Müdafiəçinin qarşıdakı mövsümü bölgə klubunda icarədə keçirməsi gözlənilirdi.
Amma son anda 21 yaşadək millinin də üzvü olan futbolçunun keçidi baş tutmayıb.
16 yaşlı oyunçu Ağdam təmsilçisində karyerasına davam edəcək.
Rzayev ötən mövsüm əsas komandada debüt edib.
Qısa müddətdə haqqında müsbət fikirlər formalaşdıran arxa xətt oyunçusu 16 yaşı olmasına rəğmən indidən gənclər millimizin də üzvünə çevrilib.
SPORTİNFO.AZ