"Qarabağ"dan ayrıldı, 3 təklif aldı, 10 min manat maaş tələb etdi

20 İyul 14:00 Qarabağ 6 622
"Qarabağ"dan ayrıldı, 3 təklif aldı, 10 min manat maaş tələb etdi

«Qarabağ»ın müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verdiyi Rüstəm Əhmədzadə 3 seçim qarşısındadır.

Ötən iki mövsümü icarə əsasında «Zirə»də keçirən hücumçu Premyer Liqadan yeni təkliflər alıb.

«Sumqayıt», «Qəbələ» və «Kəpəz» onun xidmətində maraqlıdır.

«Qarabağ»ın 2022-ci ildə «Minay»dan heyətinə qatdığı Ukrayna doğumlu ön xətt oyunçusu Azərbaycanda qalmağa maraqlıdır.

Bunun üçün gərək maliyyə istəklərini yerinə yetirməyə «ok» verən olsun. Əhmədzadənin aylıq maaş tələbi 10 min manatdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu