"Qarabağ" bu ölkədən olan hücumçunu gündəminə aldı - SON DƏQİQƏ

19 İyul 20:00 Qarabağ 2 357
"Qarabağ" bu ölkədən olan hücumçunu gündəminə aldı - SON DƏQİQƏ

Redon Cica və Rüstəm Əhmədzadə ilə vidalaşan «Qarabağ» yeni hücumçu tapıb.

Bu barədə klubdan redaksiyamıza məlumat daxil olub.

Bildirilib ki, Qurban Qurbanovun bəyəndiyi ön xətt oyunçusu braziliyalıdır.

Hələlik adı gizli saxlanılan forvard Avropa ölkələrindən birində çıxış edir.

Onunla danışıqlar hələ başa çsatmayıb. Çünki cənubi amerikalı ilə Səudiyyə Ərəbistanı da daxil, bir neçə yerdən təkliflər var.

Çempionlar Liqasında iştirak edəcək «köhlən atlar» son ayyarımda 4 legioneri sıralarına qatıb.

Dani Bolt (Son klubu "Torreense", Portuqaliya), Pedro Bikalyo ("Alverka", Portuqaliya), Kris Kuaku ("Mafra", Portuqaliya) və Sami Mmaee ("Danamo" Zaqreb - icarə) «köhlən atlar»a qoşulub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 İyul 23:20 Portuqaliya klubuna getdi
19 İyul 18:10 Çək və bizə göndər!
19 İyul 16:20 "İmişli" budur - 2:1!
19 İyul 03:40 O da evləndi - FOTOLAR