“Barselona”da tanındı, indi “Qarabağ”ı seçəcək, yoxsa bu klubu?

19 İyul 22:40 Qarabağ 1 176
“Barselona”da tanındı, indi “Qarabağ”ı seçəcək, yoxsa bu klubu?

“Qarabağ” daha bir əcnəbi futbolçu transfer etməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionu Niderlandın “Fortuna” klubunun yarımmüdafiəçisi Alen Haliloviçlə danışıq aparır.

Ağdamlıların Xorvatiya millisinin sabiq üzvü uğrunda mübarizədə əsas rəqibi Türkiyə təmsilçisi “Trabzonspor” sayılırdı.

Lakin “bordo-mavililər” üçün prioritet Səudiyyə Ərəbistanının “Əl-Kadisiya” klubunun pleymeykeri Kamerun Puertasdır. 29 yaşlı Haliloviç isə isveçrəliyə alternativdir.

Xorvatiya mətbuatı hazırda Haliloviçin və klubu “Fortuna”nın yalnız “Qarabağ”la danışıq apardığını yazıb.

Tərəflər maliyyə məsələsində ortaq məxrəcə gəlsə, növbəti mövsüm Yassin Benzianın gedişindən sonra yaranan boşluğu Haliloviç dolduracaq.

aqreb “Dinamo”sunun yetirməsi olan Alen Haliloviç zəngin karyeraya sahibdir. O, “Barselona” və “Milan” kimi Avropa nəhənglərinin formasını geyinib.

2013-2019-cu illərdə Xorvatiya millisinin şərəfini qoruyan pleymeyker ötən mövsüm “Fortuna”nın heyətində 28 oyuna çıxıb, 2 qol, 4 assistlə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 İyul 23:20 Portuqaliya klubuna getdi
19 İyul 18:10 Çək və bizə göndər!
19 İyul 16:20 "İmişli" budur - 2:1!
19 İyul 03:40 O da evləndi - FOTOLAR