“Qarabağ” B pley-offunda mübarizəni dayandırdı

19 İyul 02:00 Qarabağ 107
“Qarabağ” B pley-offunda mübarizəni dayandırdı

"Qarabağ"ın 17 yaşadək futbolçulardan ibarət komandası “Gothia Puma Trophy”də növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, “Qarabağ” B pley-offunda 1/4 final matçına çıxıb.

Komanda İsveçdə təşkil olunan yarışda “Brommapoyrkarna” (İsveç) ilə qarşılaşıb. Meydan sahibləri bu görüşdə 4:0 hesablı qələbə qazanıb. Ağdam təmsilçisi bu oyunla turnirdə mübarizəni başa vurub.

İlk turda İsveç təmsilçisi “Myallbu” üzərində 2:1 hesablı qələbə qazanan "Qarabağ" ardınca “Sportinq Laqos”la heç-heçə edib (0:0), yerli “Höteborq”la dueldən xalsız ayrılıb – 0:2.

Digər Xəbərlər
Xəbər Lenti
19 İyul 23:20 Portuqaliya klubuna getdi
19 İyul 18:10 Çək və bizə göndər!
19 İyul 16:20 "İmişli" budur - 2:1!
19 İyul 03:40 O da evləndi - FOTOLAR