GÜNDƏM: “Qarabağ” elə bir transfer etdi ki... Maraqla izləyəcəyiniz VİDEO

17:00 Qarabağ 502
GÜNDƏM: “Qarabağ” elə bir transfer etdi ki...  Maraqla izləyəcəyiniz VİDEO

“Qarabağ” rəhbərliyini təbrik etmək lazımdır.

Sammi Mmaye önəmli oyunçudur.

Geridən oyun qurmaq zəkası, toplu və topsuz oyunlarda mövqe seçimləri, hücumlara zamanında qoşulması, ikili mübarizələrdə sərt oynaması ilə Qurban Qurbanovun oyun planında xüsusi yeri tuta bilər.

Profil olaraq bir vaxtlar “Qalatasaray”da oynayan stoper Denayeri xatırladan belçikalı aktiv oyun içərisində olmaqla diqqət çəkən futbolçudur.

Hazırda “Qarabağ” üçün qalır eyni səviyyədə hücumçu transferləri edərək Çempionlar Liqasının təsnifat mərhələsində uğurla çıxış etmək!”.

Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.

Tanınmış jurnalist “Qarabağ”ın Zaqreb “Dinamo”sundan belçikalı mərkəz müdafiəçisi Sammi Mmaeni heyətinə cəlb etməsinin vacibliyini vurğulayıb.

O. “3 nömrə”nin oyun planında üstünlükləri barədə şərhlər verib.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti