
"Qarabağ"ın Alen Haliloviçlə danışıqlar aparması haqda sosial şəbəkələrdə xəbərlər yayılıb.
Bildirilir ki, Azərbaycan çempionu hazırda "Fortuna Sittard"da çıxış edən hücumiçu ilə maraqlanır.
29 yaşlı forvardın "Trabzonspor"un da diqqət mərkəzində olması söylənilir.
Əldə etdiyimiz məlumata görə, sabiq “Barselona“lı “Qarabağ“a təklif olunan legionerlər arasındadır.
Menecerlər Niderlandda çıxış edən balkanlının illik 450 min dollar qarşılığında Azərbaycana gələcəyi barədə “köhlən atlar“ı məlumatlandırıb.
Amma tərəflər arasında görüşmələr hələ rəsmi müstəviyə keçməyib.
Zaqreb "Dinamo"sunun yetirməsi olan Haliloviç 2014/2015 mövsümündə "Barselona"nın əvəzedici heyətində 30 matçda 4 qola imza atıb.
O, 2015/2016 mövsümündə Kataloniya təmsilçisinin əsas komandasında yer alsa da, debüt edə bilməyib və "Sportinq"ə icarəyə verilib.
Xorvatiya millisində (2013-2019) 10 oyun keçirmiş Alen “Sportinq”(Xixon), “Hamburq”, “Las-Palmas”, “Milan”, “Standard”(Liej), “Herenven”, “Birmingem”, “Ridinq” və “Riyeka”da da oynayıb.
SPORTİNFO.AZ