RƏSMİ: Üçüncü dəfə "Qarabağ"da - FOTOLAR

18 Sentyabr 22:20 Qarabağ 333
RƏSMİ: Üçüncü dəfə "Qarabağ"da - FOTOLAR

"Qarabağ" daha bir futbolçunun keçidini reallaşdırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Ağdam təmsilçisi Azərbaycan millisinin futbolçusu Ramil Şeydayevi heyətə cəlb edib.

"Qarabağ"la 29 yaşlı hücumçu arasında 1 illik müqavilə imzalanıb. Şeydayev yeni komandasında 77 nömrəli forma ilə çıxış edəcək.

Ramil 2017-2018 və 2021-2023-cü illərdə də “Qarabağ”da forma geyinib. O, komandamızla 3 dəfə Azərbaycan çempionu olub, 1 dəfə ölkə kubokunu qazanıb. 2022/23 mövsümündə 22 qolla Premyer Liqanın bombardiri adına sahib olub.

Azərbaycan milli komandasında keçirdiyi 69 oyunda 10 qol vuran forvard karyerası ərzində “Zenit”, “Rubin”, “Krılya Sovetov”, Moskva “Dinamo”su (hamısı Rusiya), “Trabzonspor”, “Kocaelispor” (hər ikisi Türkiyə), “Jilina” (Slovakiya), “Buriram Yunayted” (Tailand), ölkəmizdə isə “Sabah” və “Neftçi”də çıxış edib.

"Qarabağ" bunadək altı futbolçunu – Dani Bolt, Pedro Bikalyo, Kris Kuaku, Sami Mmae, Joni Montiel və Kamilo Duranı heyətinə qatıb.

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM