"Qarabağ"əcnəbi hücumçusu ilə yollarını ayırdı - RƏSMİ

10 İyul 21:20 Qarabağ 268
"Qarabağ"əcnəbi hücumçusu ilə yollarını ayırdı - RƏSMİ

"Qarabağ"ın futbolçusu Redon Cica “SSPA Şabab Riadi Beluizdad” klubuna transfer olunub.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı albaniyalı hücumçu Əlcəzair klubu ilə müqavilə imzalayıb.

2023-cü ilin yanvarından "Qarabağ"ın formasını geyinən forvard 3 dəfə Azərbaycan çempionu adını qazanıb, 1 dəfə ölkə kubokunun qalibi olub. O, 73 oyunda 13 qol və 5 assistə imza atıb.

Klub Redon Cicaya göstərdiyi xidmətlərə görə təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!