“Qarabağ” bu satışdan pul istəmədi, ərəblərə şərt qoydu - KEÇİDİN PƏRƏDƏARXASI

10 İyul 17:40 Qarabağ 1 518
“Qarabağ” bu satışdan pul istəmədi, ərəblərə şərt qoydu - KEÇİDİN PƏRƏDƏARXASI

“Qarabağ”ın Redon Cica ilə yolları ayırmasından xəbərdarsız.

Belə ki, ağdamlılar gələn ilin yayına qədər müqaviləsi olan albaniyalı forvardla vidalaşıb.

Uzun müddətdir Cicanı sözləşmənin ləğvinə razı salmağa çalışan “Qarabağ” rəhbərliyi, nəhayət ki, arzusuna çatıb.

“Qarabağ”a 2023-cü ilin əvvəlində “Tirana”dan keçən Redon karyerasını Əlcəzairdə davam etdirəcək. Onun “Beluizdad“la danışıqlar apardığı bildirilir.

Bununla Yassin Benzia, Patrik Andrade və Marko Veşoviçdən sonra “Qarabağ”la vidalaşan 4-cü legioner Cica olub.

Redaksiyamıza daxil olan yeni məlumata görə, Azərbaycan çempionu qarşı tərəfdən təzminat istəməyib.

Razılaşmaya görə, albaniyalı üçüncü kluba satılarsa, əldə olunacaq məbləğin 20 faizi “Qarabağ”a çatacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
10 İyul 16:10 Çək və bizə göndər!