
Maddi şərtlərdə razılaşmadığına görə “Qarabağ”ı tərk edən Yassin Benzia hazırda Mərakeşdədir.
Karyerasını Asiya ölkələrindən birində davam etdirəcəyi deyilən yarımmüdafiəçinin burada olması boşuna deyil.
Əlcəzair millisinin də şərəfini qoruyan futbolçu fiziki durumunu qaydasında saxlamaq üçün tanınmış şirkətlərdən biri ilə əməkdaşlığa başlayıb.
O, burada xüsusi məşqçilərin nəzarəti ilə fiziki təmrinləri yerinə yetirir. Həm də tək yox.
Səudiyyə Ərəbistanı təmsilçisi “Əl-Fateh”in formasını geyinən mərakeşli Amine Sbayla birlikdə.
Odur ki, Benzia karyerasını bu ölkədə davam etdirib, Sbayla komanda yoldaşı olsa, təəccüblənməyin.
HƏBİB / SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN