
Xəbər verdiyimiz kimi, Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" ilk yoxlama oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, Ağdam təmsilçisi Ukraynanın "Metallist 1925" (Xarkov) komandası ilə üz-üzə gəlib.
Matç Xarkov təmsilçisinin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb.
Maraqlıdır ki, Ukrayna təmsilçisinin qollarından birini 19 yaşlı azərbaycanlı Ramik Hacıyev, “Qarabağ”ın bir qolunu isə ukraynalı Aleksey Kaşuk vurub.
Hər iki qolun təxminən eyni nöqtədən və bənzər gözəllikdə olması da diqqət çəkib.