
“Qarabağ”ın legioneri Aleksey Kaşuk İspaniyadan təklif alıb.
Sportinfo.az xəbər verir ki, Ukrayna mətbuatı 25 yaşlı vingeri heyətinə qatmaq istəyən klubun adını açıqlayıb.
“Xsport.ua” saytı La Liqada mübarizə aparan “Valyadolid”in ukraynalı yarımmüdafiəçini icarəyə götürmək istədiyini yazıb. “Qarabağ” isə bu təklifdən imtina edib.
Aleksey Kaşuk ötən mövsüm “Qarabağ”ın heyətində meydana çıxdığı 39 rəsmi matçda 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.