ÇL-də iştirak edəcək Azərbaycan çempionu ilə əlaqəli YENİ XƏBƏR

14:20 Qarabağ 442
ÇL-də iştirak edəcək Azərbaycan çempionu ilə əlaqəli YENİ XƏBƏR

"Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsində keçirəcəyi oyunların başlama saatı müəyyənləşib.

iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.

Bu barədə UEFA-ya da müvafiq qaydada məlumat verilib.

"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsində "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

Azərbaycan təmsilçisinin hansı rəqiblə üz-üzə gələcəyi bilinməsə də, ilk oyunun iyulun 23-də Bakı vaxtı ilə saat 22:45-də başlayacağı da dəqiqləşib.

Digər Xəbərlər
Xəbər Lenti