
«Qarabağ»ın iki futbolçusu «Difai»nin yolunu tutub.
İbrahim Hacı və Kamil Sadiqov növbəti mövsümə I Liqada başlayacaq.
Hər iki gənc «fədailər»lə 1 illik müqavilə imzalayıb.
İ,Hacı artıq U-21 yığmasının üzvüdür. Gənclər millisinin baş məşqçisi Ayxan Abbasov yarımmüdafiəçini son təlim-məşq toplanışına çağırıb, yoxlama görüşündə xidmətindən istifadə edib.
K.Sadiqov isə «köhlən atlar»ın U-19 komandasının kapitanı olub. Orta sahə oyunçusu Maksim Medvedev tərəfindən əvəzedici heyətə cəlb edilmişdi.
Hər iki gəncin ağdamlılarla müqaviləsi var.
Klubun direktoru Əmrah Çəlikəl və akademiyanın koordinatoru Aftandil Hacıyevin köməklyii ilə Qarabağ qazilərinin təmsilçisi onları öz sıralarına cəlb eləyə bilib.
SPORTİNFO.AZ