"Sportinfo"nun "Qarabağ"la bağlı bu xəbərinə ŞOK REAKSİYA!

4 İyul 22:20 Qarabağ 903
"Sportinfo"nun "Qarabağ"la bağlı bu xəbərinə ŞOK REAKSİYA!

Bu yay “Qarabağ“dan ayrılan futbolçuların sayı 5-ə çata bilər.

Yassin Benzia, Patrik Andrade, Marko Veşoviç və İsmayıl İbrahimli ilə vidalaşan Azərbaycan çempionu bu dəfə Aleksey Kaşuku itirmək təhlükəsi ilə üzləşib.

Buna səbəb Avropadan ukraynalı yarımmüdafiəçiyə gələn təklifdir.

Aldığı dəvətin istisinə qızınan yarımmüdafiəçi “köhlən atlar“ın funksionerlərinə müraciət edərək, ölkəmizdən getmək istədiyini bildirib.

O, daha çox şans qazanacağı yerdə oynamaq arzusunda olduğunu söyləyib. Ya müqaviləsini qarşılıqlı razılıq əsasında pozaraq, ya da icarəyə göndərilərək - niyyəti budur.

Kaşukun qərarı klubu narahat etsə də, onun azarkeşlərini əməlli-başlı sevindirib.

Hər halda "Sportinfo"nun sosial şəbəkə hesabından yayımladığı xəbərə gələn şərhlər belə düşünməyə əsas verir:

"Gedirsə, tez getsin".

"Nə ümidlərlə gəlmişdi, amma 1 qəpiklik oynamadı".

"Satın getsin".

"Onsuz da "Qarabağ"a uyğunlaşa bilmədi. Alınsa İsayevi də verin".

"Sağ-salamat getsin. Onsuz da nə xeyri var ki...".

"Getsin! "Qarabağ"da gördüyü bir iş yoxdur".

"Qarabağ"a uyğun gəlməyən oyunçudur".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
4 İyul 07:40 Cəmi beş aya... VİDEO