ŞOK AÇIQLAMA! Qurban Qurbanov 5 manatlıq futbolçunu neyləyir? - VİDEO

25 İyun 21:00 Qarabağ 855
ŞOK AÇIQLAMA! Qurban Qurbanov 5 manatlıq futbolçunu neyləyir? - VİDEO

“Qurban Qurbanovun qurduğu bir komanda var ki, dayanıqlıq, iş prinsipləri çox yuxarı səviyyədədir.

Belə deyək, 3 manatlıq futbolçunun dəyərini qaldırıb 10 manat edir.

Bütün bunlar düzgün strategiya tələb edir və oyun planına uyğun olmalıdır. Bu gün futbolçuya qoyulan dəyər maddi qiymətlə ölçülməməlidir, çox vaxt bunlar süni şəkildə şişirdilir.

Məsələn, “Neftçi”də Ceyhun Sultanovun vaxtında transfer edilən Mamadu Kane adında futbolçu var idi.

Az məbləğə transfer edilmişdi, baha qiymətə satıldı. Bir sözlə, əsas məsələ qiymətlə deyil, məşqçinin oyun planına, profilinə uyğun olmalıdır”.

Bu açıqlama “Sportinfo TV”də yayımlanan “Futbol manşet” verilişində futbol mütəxəssisi Azər Bağırov tərəfindən səsləndirilib.

Gənc çalışdırıcı komandaların transfer strategiyalarına toxunarkən, qiymət amilinin şişirdilməsi ilə bağlı maraqlı şərhlərlə diqqət çəkib.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!