“Qarabağ”dan milli üzvü ilə bağlı açıqlama verildi

25 İyun 20:00 Qarabağ 1 215
“Qarabağ”dan milli üzvü ilə bağlı açıqlama verildi

“Zirə” Rüstəm Əhmədzadə ilə başa çatan icarə sözləşməsini yeniləməyə maraq göstərmədi.

Nəticədə 24 yaşlı futbolçu müqavilə ilə məxsus olduğu “Qarabağ”a qayıtmalı, yeni mövsümə hazırlaşmalıdır.

Komanda məşqlərə iyunun 18-də start verib və bir neçə dəfə klubun sosial şəbəkə hesablarında hazırlıqlardan şəkillər paylaşılıb. Və heç birində Rüstəmin üzü görünməyib.

Görəsən, “Qarabağ”ın Azərbaycan millisinə də cəlb olunan futbolçu ilə bağlı planı nədir? Karyerasını burada davam etdirəcək, yoxsa başqa kluba üz tutacaq? Məşqlərdə görünməməsinin xüsusi səbəbi var?

“Köhlən atlar”ın mətbuat katibi Anar Hacıyev Sportinfo.az-a açıqlamasında məsələyə bu cür aydınlıq gətirdi:

“Rüstəm Əhmədzadə hazırda “Qarabağ”ın bazasındadır. İyunun 18-dən etibarən keçirilən kollektiv məşqlərdə iştirak edir.

Ola bilsin, şəkillərdə üzü görünmür, lakin burdadır. Bu gün üçün yalnız bunu deyə bilərəm. Gələcəkdə nə olacağını zaman göstərəcək”.

2022-ci ilin yanvarında “Qarabağ”la anlaşan hücumçu-vinger 2021/22 mövsümünün ikinci yarısında 8 oyunda meydana çıxıb.

Ondan sonra – 2022-2025-ci illər aralığında “Zirə”nin heyətində 96 görüşdə 8 qol vurub, bir o qədər məshuldar ötürmənin müəllifi olub.

Rüstəm 2021-ci ildən dəvət aldığı Azərbaycan millisində 10 matçda meydana çıxıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
25 İyun 18:10 Çək və bizə göndər!