Qurban Qurbanov açıq danışdı: “Bu gün razı qala bilmərik”

20:20 Qarabağ 575
Qurban Qurbanov açıq danışdı: “Bu gün razı qala bilmərik”

"Qarabağ" yeni mövsümün hazırlıqlarını "Azersun Arena"da davam etdirir.

Sportinfo.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov "İdman TV"yə açıqlamasında toplanışı dəyərləndirib.

53 yaşlı mütəxəssis futbolçuuların istəkli olduqlarını bildirib:

"6 gündür məşqlərə başlamışıq. Bu gün ümumi hazırlıqdan razı qala bilmərik.

Futbolçuları öz idman formalarına qaytarmaq üçün xeyli müddət lazımdır. Məşqlərimiz pis getmir.

Futbolçular yeni istək və motivasiya ilə gəliblər. Qurduğumuz plan üzrə gedirik. Hər şey qaydasındadır".

Digər Xəbərlər
Xəbər Lenti