
"Qarabağ” yeni mövsüm üçün növbəti transferini rəsmiləşdirib.
Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ağdam təmsilçisi Pedro Bikalyonu heyətinə qatıb. 24 yaşlı yarımmüdafiəçi ilə 3+1 illik müqavilə imzalanıb. O, "köhlən atlar"da 35 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, peşəkar karyerasına 2020-ci ildə “Kruzeyro”da başlayan Pedro bir il sonra “Palmeyras”a keçib. O, bu klubla 2021-ci ildə Libertadores kubokunun qalibi adını qazanıb. Yarımmüdafiəçi icarə əsasında Braziliyanın “Vitoriya”, Portuqaliyanın “Santa Klara” və “Alverka” klublarında çıxış edib. O, başa çatan mövsümdə 35 oyuna çıxaraq 2 qol vurub.
Xatırladaq ki, “Qarabağ” daha öncə Dani Boltu transfer edib.