“Qarabağ”da Nəriman Axundzadədən maraqlı addım!

20 İyun 20:00 Qarabağ 1 489
“Qarabağ”da Nəriman Axundzadədən maraqlı addım!

“Qarabağ” növbəti mövsümün hazırlıqlarına start verib.

İyunun 18-də klubun Sirxanıdakı bazasında bir araya gələn kollektiv istirahət dövründən sonra ilk məşqini edib.

Baş məşqçi Qurban Qurbanov Azərbaycan millisinin Latviya və Macarıstanla yoldaşlıq görüşlərində iştirak edən yeddi futbolçuya, həmçinin Monteneqro seçməsinin sıralarında olan Markoo Yankoviçə dincəlmək üçün əlavə vaxt verib.

Şahruddin Məhəmmədəliyev, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Toral Bayramov, Elvin Cəfərquliyev, Abbas Hüseynov və Musa Qurbanlı iyunun 22-dən etibarən komandaya qoşulacaq.

Əlavə vaxta ehtiyac duyanlar arasında Nəriman Axundzadə də olmalıydı. Çünki o da yığmanın heyətində meydana çıxmışdı.

Lakin gənc futbolçu buna gərək duymayıb. O, fasilədən sonrakı ilk məşqdəcə Qurbanovun sərəncamına yollanıb.

Məqsəd daha çox çalışmaq, əyləncədən uzaq olmaq, fiziki durumunu bir az da yaxşılaşdırmaqdır.

“Qarabağ” Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelbrun” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə üz-üzə gələcək.

İlk oyunlar 22-23 iyulda, cavab görüşləri 29-30 iyulda baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
20 İyun 18:10 Çək və bizə göndər!
20 İyun 04:00 Nazir onu paylaşdı