“Fənərbaxça”nın prezidenti “Qarabağ”ı ziyarət etdi - FOTOLAR

18 İyun 20:40 Qarabağ 661
“Fənərbaxça”nın prezidenti “Qarabağ”ı ziyarət etdi - FOTOLAR

"Qarabağ"ın Baş direktoru və İdarə Heyətinin üzvü Emrah Çelikel və İdarə Heyətinin üzvü Asif Əsgərov Bakıda səfərdə olan "Fənərbaxça" İdman Klubunun prezidenti Ali Koçla görüşüblər.

Sportinfo.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı tərəflər arasında qarşılıqlı fikir mübadiləsi aparılıb və gələcəkdə klublar arasında mümkün əməkdaşlıq imkanları müzakirə olunub.

Rəsmilər qarşıdan gələn futbol mövsümündə biri-birilərinə uğurlar arzulayıblar.

Görüşün sonunda Ali Koça "Qarabağ"ın forması və xatirə hədiyyəsi təqdim olunub, xatirə fotosu çəkilib.

Digər Xəbərlər
Xəbər Lenti
13 Dekabr 18:10 Çək və bizə göndər!
13 Dekabr 11:20 Rüfətin komandası uduzdu