
Bu gün Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin püşkü atılıb.
Sportinfo.az xəbər verir ki, mərasim İsveçrənin Nyon şəhərində keçirlən rədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi məlum olub.
“Səpələnmişlər” səbətində yer alan Azərbaycan çempionu "Şelburn" (İrlandiya) - "Linfild" (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Ağdam təmsilçisi ilk oyunu səfərdə keçirəcək.
ÇL-də 2-ci təsniat mərhələsinin matçları 22/23 və 29/30 iyulda oynanılacaq.