
“Qarabağ” mövsümlərarası fasilə dönəminin ilk transferini həyata keçirməyə hazırlaşdığını xəbər vermişdik.
Braziliyadan olan futbolçunun kimliyini dəqiqləşdirmək mümkün olub.
Bu Dani Boltdur.
Cənubi amerikalı dünən Bakıya gəlib.
Hazırda tibbi müayinədən keçir.
Sağlamlığında hansısa problem aşkarlanmasa, müqavilə bağlanacaq və ictimaiyyətə təqdim olunacaq.
25 yaşlı futbolçu sağ cinah müdafiəçisidir.
Karyerası daha çox Braziliya ilə bağlı olan oyunçu 2024-cü ilin yayından Portuqaliyanın "Torrense" klubunda çıxış edir.
Avropa təmsilçisində forma geyindiyi 49 matçda 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
SPORTİNFO.AZ