
“İndiyəqədərki finallardan fərqli olaraq, 120 dəqiqəlik oyun oldu.
Həm dramatik, həm də maraqlı görüş idi. Heç penaltilər seriyasına hazırlaşmamışdıq”.
Sportinfo.az xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə Azərbaycan Kubokunun finalında “Sabaha 2:3 hesabı ilə məğlub olduqları oyun barədə danışarkən deyib
28 yaşlı müdafiəçi əlavə vaxtda kuboku öz səhvləri ucbatından əldən verdiklərini etiraf edib:
“Hesabı qorumağa yönəlik oynaya bilərdik. Düşünürəm ki, səhvə yol verdik.
Gərgin və azarkeşlər üçün maraqlı oyun keçdi. Çox təəssüf ki, bu qədər yaxın olarkən kuboku əlimizdən qaçırdıq.
Bundan dərs çıxarmaq lazımdır ki, növbəti oyunlarda da yaşanmasın. Üzücü məqamdır”.