"Qarabağ" Bolqarıstanda “Sozopol Cup 2025”i qazandı

16 İyun 2025 16:20 Qarabağ 712
"Qarabağ" Bolqarıstanda “Sozopol Cup 2025”i qazandı

"Qarabağ"ın 13 yaşadək futbolçulardan ibarət komandası “Sozopol Cup 2025” turnirinin qalibi olub.

Sportinfo.az xəbər verir ki, “Qarabağ” Bolqarıstanda təşkil olunan yarışın bu gün keçirilən final matçında “Burqas”la qarşılaşıb.

Təmsilçimiz bu görüşdə qalib gəlib. 2 cavabsız qol vuran “Qarabağ”ın heyətində Kamil Bədirxanlı və Zəfər İbrahim fərqləniblər. Həlledici görüşdə qələbə qazanan komanda turnirin qalibi adına yiyələnib və kuboka sahib çıxıb.

Qrup mərhələsinin 5 oyununda 10 xal toplayan "Qarabağ" yarımfinalda “Levski”ni məğlub edib – 0:0, pen. 4:3.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti