
“Biz bu məsələdə Qurban hocanı dəstəkləyirik”.
Sportinfo.az xəbər verir ki, bu sözlər “Qarabağ”ın prezidenti Tahir Gözələ aiddir.
Ağdam klubunun başqanı yerli futbolçulara şans verilməsinin baş məşqçi Qurban Qurbanovun seçimi olduğunu bildirib:
“Əminəm ki, onun seçdiyi öz futbolçuları var, onlara etibar edir.
Qurban Qurbanovda bir xasiyyət var ki, bir futbolçuya inandısa, onun arxasında durur və şans verir.
Ona görə texniki məsələlər sırf baş məşqçimizin cavablayacağı sualdır”.