“Qarabağ” Kosta-Rika millisinin oyunçusunu transfer gündəminə alıbmı?

15 İyun 15:15 Qarabağ 1 551
“Qarabağ” Kosta-Rika millisinin oyunçusunu transfer gündəminə alıbmı?

Kosta-Rika millisinin futbolçusu Dieqo Kamposun karyerasını Azərbaycanda davam etdirə biləcəyi iddia olunur.

Bu haqda Kosta-Rikanın “La Nacion” nəşri məlumat yayıb.

Yerli mənbələr “Qarabağ”ın 29 yaşlı yarımmüdafiəçiyə maraq göstərdini və heyətinə qatmaq istədiyini yazıb.

Məlumata görə, artıq “Qarabağ” Dieqo Kamposa görə onun müqavilə ilə məxsus olduğu Kosta-Rika yüksək liqa təmsilçisi “LD Alaxuelense”yə təklif də irəli sürüb.

Hazırda tərəflərin danışıqlar apardığı da iddia olunub.

Millidə 3 oyun keçirən və 1 qol vuran Dieqo Kampos sol vinger mövqeyində çıxış edir. Hazırda “Qarabağ”da bu mövqedə Abdullah Zubir və Emmanuel Addai oynayır.

Saytımız bu xəbərin həqiqət olub-olmadığınını yoxlayıb. “Qarabağ”dan redaksiyamıza bildirilib ki, adıçəkilən legioner onların maraq dairəsinə daxil deyil:

Kosta-rikalı heç Azərbaycan çempionuna təklif edilən oyunçuların siyahısında yer almayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
15 İyun 20:00 Çək və bizə göndər!
15 İyun 04:00 Vüqar yaponu döydü