“Qarabağ”la bağlı ŞOK transfer iddiası - Dieqo Kampos…

14 İyun 17:20 Qarabağ 1 426
“Qarabağ”la bağlı ŞOK transfer iddiası - Dieqo Kampos…

Kosta-Rika milli komandasının futbolçusu Dieqo Kampos (Diego Campos) karyerasını Azərbaycanda davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, bu haqda Kosta-Rikanın “La Nacion” nəşri məlumat yayıb.

Yerli mənbələr Azərbaycan çempionu “Qarabağ”ın 29 yaşlı futbolçuya maraq göstərdini və heyətinə qatmaq istədiyini yazıb.

Məlumata görə, artıq “Qarabağ” Dieqo Kamposa görə onun müqavilə ilə məxsus olduğu Kosta-Rika yüksək liqa təmsilçisi “LD Alaxuelense” klubuna təklif də irəli sürüb. Hazırda tərəflərin danışıqlar apardığı da iddia olunub.

Dieqo Kampos sol vinger mövqeyində çıxış edir. Hazırda “Qarabağ”da bu mövqedə Abdullah Zubir və Emmanuel Addai oynayır.

Dieqo Kampos milli komandasında 3 oyun keçirib və 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti
14 İyun 18:10 Çək və bizə göndər!